...

Balakəndə inzibati binada yanğın olub

Hadisə Materials 8 Fevral 2016 17:56 (UTC +04:00)
Bu gün gündüz saatlarında Balakən rayonunda yanğın faktı qeydə alınıb.
Balakəndə inzibati binada yanğın olub

Bakı. Trend:

Bu gün gündüz saatlarında Balakən rayonunda yanğın faktı qeydə alınıb. Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, rayonda inzibati binada ümumi sahəsi 340 kv.m olan birmərtəbəli evin dam örtüyü 200 kv.m sahədə yanıb. Hadisə yerinə Dərhal FHN qüvvələri cəlb edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 15:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti