...

Xəzər rayonunda istixanada yanğın olub

Hadisə Materials 10 Fevral 2016 14:08 (UTC +04:00)
Xəzər rayonunda yanğın faktı qeydə alınıb.
Xəzər rayonunda istixanada yanğın olub

Bakı. Trend:

Xəzər rayonunda yanğın faktı qeydə alınıb. Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, ümumi sahəsi 7 ha olan istixananın ərazisində karbon dioksid qazı üçün nəzərdə tutulmuş, tutumu 20 kub.m olan çənin içərisinə çəkilmiş şüşə pambıq üzlük yanıb. Hadisə yerinə dərhal FHN qüvvələri cəlb olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 11:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti