...

Əmisi oğlunun evindən oğurluq etdi (FOTO)

Hadisə Materials 10 Fevral 2016 18:40 (UTC +04:00)
Şəmkirdə yaşayış evi qarət edilib.
Əmisi oğlunun evindən oğurluq etdi (FOTO)

Bakı. Trend:

Şəmkirdə yaşayış evi qarət edilib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, fevralın 7-də Şəmkir sakini Sayad Qəhrəmanovun evindən 3 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Zərərçəkənin müraciəti əsasında əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları qısa zamanda oğurluğun kim tərəfindən törədilməsini müəyyən edib. Məlum olub ki, S.Qəhrəmanovun evini qarət edən əmisi oğlu Ramiz Zirəddinlidir.

Müstəntiq Taleh Şamilov deyib ki, Şəmkir rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Qəhrəmanovun evindən qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən 1991-ci il təvəllüdlü R.Zirəddinli maddi sübutlarla birlikdə saxlanılıb.

R.Zirəddinli cinayət əməlini etiraf edib. İfadəsində oğurluğu evdə heç kimin olmamasından istifadə edərək törətdiyini deyib. Bundan əvvəl digər qohumlarının evində də oğurluğa cəhd göstərən şəxs əməlindən peşman olduğunu dilə gətirib.

Faktla bağlı Şəmkir rayon Polis şöbəsində cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. R.Zirəddinlinin digər cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti