...

Qamışlıqda başlayan yanğın zavodun ərazisinə keçib

Hadisə Materials 12 Fevral 2016 16:43 (UTC +04:00)
Şamaxı rayonun yanğın faktı qeydə alınıb.
Qamışlıqda başlayan yanğın zavodun ərazisinə keçib

Bakı. Trend:

Şamaxı rayonun yanğın faktı qeydə alınıb.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayon ərazisində 1200 kv.m açıq sahədə qamışlıq yanmış və yaxınlıqda yerləşən hal-hazırda fəaliyyət göstərməyən "Elektrik məişət avadanlıqları" zavodunun ərazisində ümumi sahəsi 210 kv.m olan köməkçi tikilinin alkopandan ibarət üzlüyü 16 kv.m sahədə ərimişdir. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 14:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti