...

Bakı-Qazax yolunda qəza: 3 ölü, 2 yaralı (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Hadisə Materials 13 Fevral 2016 16:40 (UTC +04:00)
Bakı-Qazax yolunda baş vermiş ağır qəza nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
Bakı-Qazax yolunda qəza: 3 ölü, 2 yaralı (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Təfərrüatlar və fotolar əlavə olunub (ilk xəbər saat 03:06-da yayılıb)

Bakı. Trend:

Bakı-Qazax yolunda baş vermiş ağır qəza nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

Trend-in Kəpəz TV-yə (Region TV) istinadən verdiyi məlumata görə, həkimlərin səyinə baxmayaraq, Niyaməddin Vəliyev xəstəxanada dünyasını dəyişib.

X X X

13:59

Gecə saatlarında Qazaxda dəhşətli qəza baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 479-cu km-də qeydə alınıb. Sürətlə idarə olunan avtomobilin səkiyə çırpılması zamanı sürücü 35 yaşlı Qazax rayon sakini Elfaq Bəyimov və sərnişin 25 yaşlı Şirxan Əhmədov hadisə yerində dünyalarını dəyişiblər.

Avtomobildə olan digər 3 nəfər - 22 yaşlı Sənan Abbaszadə, 34 yaşlı Niyaməddin Vəliyev və 21 yaşlı Vidadi Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qazax Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Həkimlərin səyinə baxmayaraq, Niyaməddin Vəliyev xəstəxanada dünyasını dəyişib.

Ağır qəza nəticəsində avtomobildə sıxılıb qalan sürücü və sərnişinləri FHN-in yanğınsöndürən-xilasediciləri avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qəza zamanı dünyasını dəyişən və xəsarət alanlar Qazax rayon sakinləridir.

Hadisənin başvermə səbəbi araşdırılır.

X X X

03:06

Bakı-Qazax şosesinin 479-cu km-də qəza baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, qəza zamanı "VAZ" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı səkiyə çırpılıb.

Yanğınsöndürən-xilasedicilər avtomobilin sahibi E.Bəyimov, sərnişin Ş.Əhmədovun cəsədini və müxtəlif bədən xəsarətləri almış digər sərnişini avtomobildən cıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 00:09-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti