Bakı. Samir Əli - Trend:
Sabirabad rayonunda qətl hadisəsi baş verib.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 12-də Sabirabad şəhərində yaşayan, əvvəllər məhkum olunmuş Raqif İsmayılov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının apardığı tədbirlərlə qətli törətməkdə şübhəli bilinən Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Məmmədov tutulub.