...

Gəncədə sərnişin avtobusu piyadanı vurub

Hadisə Materials 28 Fevral 2016 21:27 (UTC +04:00)
Bu gün axşam saat 20:30 radələrində Gəncə şəhəri Şah İsmail Xətai prospektində piyadanın vurulması ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib.
Gəncədə sərnişin avtobusu piyadanı vurub

Bakı. Trend:

Bu gün axşam saat 20:30 radələrində Gəncə şəhəri Şah İsmail Xətai prospektində piyadanın vurulması ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə şəhər sakini Ramin Rüstəmov idarə etdiyi "İsuzu" markalı avtobusla hərəkəttə olarkən, yolu keçmək istəyən piyada 68 yaşlı Gəncə sakini Mustafa Mərdənovu vurub.

Yaralı dərhal Təcili Tibbi Yardım avtomobili ilə xəstəxanaya aparılıb. Vəziyyəti orta ağır qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti