...

Bayram günləri Bakıda yol qəzalarının sayı açıqlandı

Hadisə Materials 21 Mart 2016 11:35 (UTC +04:00)
Novruz bayramı günlərində Bakıda 6 yol-nəqliyyat hadisəsi baş verib.
Bayram günləri Bakıda yol qəzalarının sayı açıqlandı

Bakı. Trend:

Novruz bayramı günlərində Bakıda 6 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, 19 və 20 mart tarixlərində baş verən yol-nəqliyyat hadisələrində ölüm və xəsarət qeydə alınmayıb. Onun sözlərinə görə, qəzalar yüngül maddi zərərlə nəticələnib.

V.Əsədov əlavə edib ki, yollarda təhlükəsizliyin təmin edilməsi üçün polis əməkdaşları gücləndirilmiş iş rejimi ilə xidməti davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti