...

Qazaxda yol qəzası baş verib: 1 nəfər ölüb

Hadisə Materials 27 Mart 2016 17:45 (UTC +04:00)
Qazax rayonu ərazisində “Mercedes” markalı minik avtomobili ilə “Mercedes” markalı yük avtomobili toqquşub
Qazaxda yol qəzası baş verib: 1 nəfər ölüb

Bakı. Trend:

Qazax rayonu ərazisində "Mercedes" markalı minik avtomobili ilə "Mercedes" markalı yük avtomobili toqquşub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1988-ci il təvəllüdlü Səfərov Elvin Elçin oğlunun cəsədini çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 10:35-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti