Bakı. Trend:
Neftçalada ailə-məişət münaqişəsi zəminində qardaş qardaşı güllələyib.
Trend-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 19-na keçən gecə Neftçala rayonunun Mirqurbanlı kəndində kənd sakini Dadaş Əliyev ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qardaşı Fəridi öldürüb.
Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində D.Əliyev tutulub, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ-16" markalı tüfəng götürülüb.