...

Bakıda 17 evi qarət edən şəxslər tutuldu

Hadisə Materials 21 Aprel 2016 14:45 (UTC +04:00)
Bakıda bir sıra evləri qarət edən şəxslər zərərsizləşdirilib.
Bakıda 17 evi qarət edən şəxslər tutuldu

Bakı. Trend:

Bakıda bir sıra evləri qarət edən şəxslər zərərsizləşdirilib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xəzər rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-dən aprelin 18-dək olan müddətdə 17 paytaxt sakininə məxsus evlərdən pul, qızıl, gümüş, geyim və məişət əşyaları oğurlamış, habelə 2 mənzildən oğurluğa cəhd göstərmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Zöhrab Rəhimov, Samir Sultanov, Elməddin Abbasov, Ərxan Novruzov və Murad Musayev tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti