...

Şəmkir rayonu da güclü küləkdən yaxa qurtara bilmədi (FOTO)

Hadisə Materials 22 Aprel 2016 10:50 (UTC +04:00)
Güclü külək Şəmkir rayonunda da bir sıra fəsadlar törədib.
Şəmkir rayonu da güclü küləkdən yaxa qurtara bilmədi (FOTO)

Bakı. Trend:

Güclü külək Şəmkir rayonunda da bir sıra fəsadlar törədib.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, aprel 21-i saat 21:00-dan başlayaraq Şəmkir rayonu ərazisində güclü külək nəticəsində şəhərin bir xətti, Dəllər qəsəbə, Dəllər Cəyir, Qapanlı, Çinarlı qəsəbə, Düzqışlaq, Muxtariyyat, Keçili, Seyfəli və Talış kəndlərində elektrik dirəkləri aşıb.

Hazırda gecə saatlarından başlayaraq dirəklərin bərpa edilməsi işləri davam etdirilir.

Şəmkir rayon Kür qəsəbəsində isə kənd sakini İlkin Məmmədova məxsus "VAZ 21011" markalı minik avtomobilinin üzərinə yaşadığı evin qarşısındakı şam ağacı qırılaraq düşüb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, Qaracəmirli kəndində kənd sakini Sakit Əhmədova məxsus həyətyanı sahədə yerləşən talvarı külək atıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti