...

Mingəçevirdə azyaşlı Kürə düşdü

Hadisə Materials 24 Aprel 2016 17:03 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri, Kür çayında (ən yaxınlıqdakı məntəqədən 5 km aralıda nəzarətsiz ərazidə) 1 nəfər azyaşlının qayıqdan suya düşməsi barədə məlumat daxil olub.
Mingəçevirdə azyaşlı Kürə düşdü

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri, Kür çayında (ən yaxınlıqdakı məntəqədən 5 km aralıda nəzarətsiz ərazidə) 1 nəfər azyaşlının qayıqdan suya düşməsi barədə məlumat daxil olub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və azyaşlını sudan çıxararaq aidiyyati üzrə təhvil verilib.

Əməliyyat saat 12:30-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti