...

Xətaidə çoxmərtəbəli yaşayış binasında yanğın olub

Hadisə Materials 28 Aprel 2016 11:40 (UTC +04:00)
Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında vətəndaşa məxsus evdə yanğın olub.
Xətaidə çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakı. Trend:

Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında vətəndaşa məxsus evdə yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 73 kv.m olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd televizor, ev əşyaları 5 kv.m sahədə və eyvana yığılmış əşyalar 2 kv.m sahədə yanıb.

Yüksək temperaturdan otağın divarları və qapısı 28 kv.m. sahədə qarsalanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 09:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti