...

“Azərdəmiryol”un elektrovozu yanıb

Hadisə Materials 30 Aprel 2016 09:48 (UTC +04:00)
“Azərdəmiryol” QSC-nə məxsus elektrovoz yanıb.
“Azərdəmiryol”un elektrovozu yanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

"Azərdəmiryol" QSC-nə məxsus elektrovoz yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağdaş rayonu, Ləki dəmiryol stansiyasında "Azərdəmiryol" QSC-nə məxsus Gəncə-Bakı istiqamətində hərəkətdə olan yükdaşıyan elektrovozun mühərrikində elektrik avadanlıqları yanıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Elektrovozun qalan hissəsi yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti