...

Dənizdə rezin qayıq aşıb, 1 nəfər batıb

Hadisə Materials 30 Aprel 2016 10:41 (UTC +04:00)
Rezin qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 1 nəfər qayığın çevrilməsi nəticəsində batması faktı qeydə alınıb.
Dənizdə rezin qayıq aşıb, 1 nəfər batıb

Bakı. Trend:

Rezin qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 1 nəfər qayığın çevrilməsi nəticəsində batması faktı qeydə alınıb.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda rezin qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 1 nəfər (ən yaxınlıqdakı xilasetmə postundan 700 m aralı, nəzarətsiz ərazidə) qayığın çevrilməsi nəticəsində batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin əraziyə cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti