Bakı. Trend:
Tovuzda üzərinə isti yemək aşıran qız dünyasını dəyişib.
Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Tovuzda azyaşlı yanaraq dünyasını dəyişib. Hadisə rayonun Hunanlar kəndində baş verib. 3 yaşlı Aysu Bağırzadə masa üzərinə qoyulan isti xörəyi üzərinə aşırıb. Nəticədə qol, qarın nahiyələrindən yanıq xəsarətləri alan qızcığaz Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Dərhal zərərçəkənə tibbi yardım göstərilib. Lakin bədənin 15 faizinin termiki yanığı diaqnozu qoyulan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırmalara başlanıb.