...

Gəncədə çay evində qumbara partladılıb, 2 ölü, 3 yaralı (ƏLAVƏ OLUNUB) (VİDEO)

Hadisə Materials 5 May 2016 09:34 (UTC +04:00)
Ötən gecə Gəncə şəhərinin Abbas Səhhət adlanan yaşayış massivində yerləşən çay evində mübahisə edən 4 nəfərdən biri əlində olan qumbaranı partladıb.
Gəncədə çay evində qumbara partladılıb, 2 ölü, 3 yaralı (ƏLAVƏ OLUNUB) (VİDEO)

Bakı. Trend:

Ötən gecə Gəncə şəhərinin Abbas Səhhət adlanan yaşayış massivində yerləşən çay evində mübahisə edən 4 nəfərdən biri əlində olan qumbaranı partladıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb, 3 nəfər isə xəstəxanaya yerləşdirilib. 44 yaşlı Məhərrəm Əhmədov və Taleh Əhmədov hadisə nəticəsində dünyasını dəyişib. 22 yaşlı Orxan Mirzəyev, 18 yaşlı Nəriman Əhmədov və 41 yaşlı Sadiq Əhmədov Abbas Səhhət adına şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti kafidir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti