...

"Mercedes"lə BMW toqquşub: yaralı var

Hadisə Materials 18 May 2016 19:37 (UTC +04:00)
Gəncədə yol qəzası olub.
"Mercedes"lə BMW toqquşub: yaralı var

Bakı. Trend:

Gəncədə yol qəzası olub.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, bu gün saat 17:00 radələrində şəhərin Nizami prospektində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gədəbəy rayon sakini Azər Dəmirov "Mercedes" markalı avtomobillə Şəmkir istiqamətində hərəkətdə olarkən Gəncə sakini Elmir Hüseynovun idarə etdiyi "BMW" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində "Mercedes"in sərnişini - Bakı sakini Aydın Abdullayev alın nahiyəsinin çapılması diaqnozu ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstaxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Qəzanın baş vermə səbəbi Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti