...

Xətai rayonunda bir evdə başlayan yanğın digərinə keçdi

Hadisə Materials 19 May 2016 16:39 (UTC +04:00)
Gündüz saatlarında Bakının Xətai rayonunda yanğın faktı qeydə alınıb.
Xətai rayonunda bir evdə başlayan yanğın digərinə keçdi

Bakı. Trend:

Gündüz saatlarında Bakının Xətai rayonunda yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli, 4 otaqlı evin dəhlizinin tavanı 4 kv.m, dam örtüyünün yanar konstruksiyaları 60 kv.m sahədə və ona bitişik digər vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanıb. Evlərin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın saat 14:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti