...

Yol qəzalarında xəsarət alan 3 nəfər xəstəxanada ölüb

Hadisə Materials 21 May 2016 14:24 (UTC +04:00)
Azərbaycanda yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər xəstəxanada dünyasını dəyişib.
Yol qəzalarında xəsarət alan 3 nəfər xəstəxanada ölüb

Bakı. Trend:

Azərbaycanda yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər xəstəxanada dünyasını dəyişib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 14-də saat 07 radələrində Saatlı rayonunda rayon sakini Maarif Miriyev idarə etdiyi "Ford" markalı avtomobillə yolun kənarında velosiped sürən həmyerlisi Yadigar Kazımovu vurub. Xəstəxanaya yerləşdirilmiş Y.Kazımov mayın 20-də orada ölüb.

Mayın 8-də saat 13 radələrində Qazax şəhərində şəhər sakinləri Orxan Vəliyevin və Nizami Hüseynovun idarə etdikləri "VAZ" və Mübariz Musayevin idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşub. Nəticədə O.Vəliyev və sərnişini, həmyerlisi Əmrah Məmmədov xəstəxanaya yerləşdirilmiş, Ə.Məmmədov mayın 20-də orada ölüb.

Cari il aprelin 19-da saat 13 radələrində Qazax rayonunun Ağköynək kəndində rayon sakini Vüsal Nəsibov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən həmyerlisi Əsmər Haqverdiyevanı vurub. Xəstəxanaya yerləşdirilmiş Ə.Haqverdiyeva mayın 20-də orada ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti