...

Gəncədə iki avtomobil toqquşdu: xəsarət alan var

Hadisə Materials 25 May 2016 03:00 (UTC +04:00)
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib
Gəncədə iki avtomobil toqquşdu: xəsarət alan var

Bakı. Trend:

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, qəza şəhərin Şah İsmayıl Xətai prospekti ilə Ruzigar Qasımov küçəsinin kəsişməsində qeydə alınıb.

İki minik maşını toqquşub. Bu zaman avtomobillərdə olan sərnişinlərdən biri, 33 yaşlı Rufan Zeynalov xəsarət alıb. O, dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə aparılıb.

Yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.

Xəbər lenti

Xəbər lenti