...

Sürücü beton plitənin altında qalıb öldü

Hadisə Materials 28 May 2016 12:40 (UTC +04:00)
Tərtər rayonunda bədbəxt hadisə baş verib.
Sürücü beton plitənin altında qalıb öldü

Bakı. Samir Əli - Trend:

Tərtər rayonunda bədbəxt hadisə baş verib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 27-də Tərtər rayonunun Köçərli kəndində Mansur Kərimli idarə etdiyi "Zoomlion" markalı qaldırıcı kran vasitəsilə beton plitələri Mahir Orucovun idarə etdiyi "Shacman" markalı avtomobilə yükləyərkən beton plitə M.Orucovun üstünə düşüb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti