...

Psixotrop həb satanlar ələ keçdi

Hadisə Materials 28 May 2016 13:10 (UTC +04:00)
Bakıda psixotrop həb satışı ilə məşğul olan iki nəfər saxlanılıb.
Psixotrop həb satanlar ələ keçdi

Bakı. Samir Əli - Trend:

Bakıda psixotrop həb satışı ilə məşğul olan iki nəfər saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami rayon Polis İdarəsi 24-cü Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şərur rayon sakini Orxan Səfərovdan 5 ədəd psixotrop həb (ekstazi) götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq ona həbləri satmış Həsən Həsənov da tutulub və ondan 10 ədəd ekstazi götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti