...

Bərdədə hasar dağıldı, 5 yaşlı uşaq öldü

Hadisə Materials 28 May 2016 12:55 (UTC +04:00)
Bərdə rayonunda 5 yaşlı uşaq hasarın uçması nəticəsində ölüb.
Bərdədə hasar dağıldı, 5 yaşlı uşaq öldü

Bakı. Samir Əli - Trend:

Bərdə rayonunda 5 yaşlı uşaq hasarın uçulması nəticəsində ölüb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 9-da saat 18 radələrində Bərdə rayonunun Otuzikilər kəndində kənd sakini Xanməd Əsgərov idarə etdiyi "T-28" markalı traktoru yolun kənarındakı hasara vurub və bu zaman hasar 5 yaşlı Rüfət Hətəmovun üstünə aşıb. R.Hətəmov xəstəxanada ölüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti