...

Özünü 6-cı mərtəbədən atmaq istədi - Xırdalanda

Hadisə Materials 28 May 2016 13:46 (UTC +04:00)
Xırdalanda intihara cəhdin qarşısı alınıb.
Özünü 6-cı mərtəbədən atmaq istədi - Xırdalanda

Bakı. Trend:

Xırdalanda intihara cəhdin qarşısı alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhərində bir nəfərin intihar etmək məqsədilə tikilməkdə olan binanın 6-cı mərtəbəsinə çıxması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub, aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti