...

Şəkidə inəyi iki avtomobil vurdu

Hadisə Materials 29 May 2016 14:56 (UTC +04:00)
Şəkidə inəyi iki avtomobil vurdu.
Şəkidə inəyi iki avtomobil vurdu

Bakı. Trend:

Şəkidə inəyi iki avtomobil vurdu.

Trend Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, ötən gecə Şəkinin 20 yanvar küçəsində, "Kanal S" in qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Şəki sakini Həsənov İlqarın idarə etdiyi "VAZ 21011" markalı avtomobil hərəkətdə olarkən qarşısına çıxan inəyi vuraraq yolun digər tərəfinə atıb. Əks istiqamətdə hərəkət edən başqa bir avtomobil də bunu görməyərək o da inəyin üzərindən keçib.

Sürücü hadisə yerində dayanmadığı üçün onun kimliyi məlum olmayıb.

Hadisə nəticəsində avtomobillərə zərər dəysə də, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti