...

Siyəzən və Ucarda 35 ha sahədə kol-kos yanıb

Hadisə Materials 16 İyun 2016 07:40 (UTC +04:00)
Siyəzən və Ucar rayonlarında ümumilikdə 35 ha sahədə kol-kos yanıb.
Siyəzən və Ucarda 35 ha sahədə kol-kos yanıb

Bakı. Trend:

Siyəzən və Ucar rayonlarında ümumilikdə 35 ha sahədə kol-kos yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Siyəzən rayonu, Beşdam kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 20 ha sahədə kol-kos və quru ot yanmışdır. Yanğından 120 ha biçilməmiş əkin sahələri və yaxınlıqda yerləşən ferma mühafizə olunub. Yanğın saat 18:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ucar rayonu, Alpoud kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 15 ha sahədə kol kos yanıb. Yaxınlıqdakı ərazi yanğından mühafizə olunub. Yanğın saat 22:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti