...

Tərtərdə hərbi sursat partladı, 8 yaşlı uşaq yaralandı (FOTO/VİDEO)

Hadisə Materials 16 İyun 2016 15:49 (UTC +04:00)
Tərtərdə 8 yaşlı uşaq hərbi sursatın partlaması nəticəsində xəsarət alıb.
Tərtərdə hərbi sursat partladı, 8 yaşlı uşaq yaralandı (FOTO/VİDEO)

Bakı. Trend:

Tərtərdə 8 yaşlı uşaq hərbi sursatın partlaması nəticəsində xəsarət alıb.

Trend EL TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə rayonun Əskipara kəndində qeydə alınıb. Əslən Laçın rayonundan olan məcburi köçkün, 8 yaşlı Elvin Hüseynli həyətlərində toplanan tullantıya od vurub. Bundan sonra gözlənilmədən partlayış baş verib. Nəticədə uşağın bədəninin müxtəlif nahiyələri yanıb.

Tullantıların içində hərbi sursat olduğu deyilir.

Yanıq xəsarəti alan E.Hüseynli Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Azyaşlının həyatı üçün təhlükə olmadığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti