...

Xəzərdə batan şəxsin cəsədi tapıldı (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 18 İyun 2016 09:45 (UTC +04:00)
Bakıda bir nəfər dənizdə batıb
Xəzərdə batan şəxsin cəsədi tapıldı (ƏLAVƏ OLUNUB)

İlk xəbər 08:25-də yayımlanıb:

Bakı. Trend:

18 iyun 2016-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonunda dənizdə batmış 1959-cü il təvəllüdlü, Əliyev İntiqam Həbib oğlunun cəsədi (batdığı yerdən 1000 metr aralıda) Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, əməliyyat saat 08:15-də başa çatıb.​

x x x

Bakıda bir nəfər dənizdə batıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri axtarışlara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti