Bakı. Trend:
Xacmazda gecə saatlarında ikimərtəbəli evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Mürşüdobad kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan ikimərtəbəli 6 otaq və 2 aynabənddən ibarət evin 1 mərtəbəsində mətbəxin tavanı 16 kv.m sahədə və 1 ədəd soyuducu yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 02:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.