...

Avtobusla "07" toqquşdu, yaralı var (FOTO)

Hadisə Materials 24 İyun 2016 12:39 (UTC +04:00)
Gəncənin Nizami prospektində 8 saylı marşrut xətti üzrə hərəkət edən “Qazel” markalı mikroavtobusla “VAZ 2107” toqquşub.
Avtobusla "07" toqquşdu, yaralı var (FOTO)

Bakı. Trend:

Gəncənin Nizami prospektində 8 saylı marşrut xətti üzrə hərəkət edən “Qazel” markalı mikroavtobusla “VAZ 2107” toqquşub.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə sərnişin daşıyan nəqliyyat vasitəsinin birtərəfli prospektlə əks istiqamətdə hərəkət etdiyi zaman VAZ-ın dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verib.

Nəticədə VAZ-ın sürücüsü 21 yaşlı Kənan Verdiyev xəsarət alaraq Gəncə şəhər TTYX-yə yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti