...

Sel Qusara ciddi ziyan vurdu: 20-dən çox ev su altında (FOTO/VİDEO)

Hadisə Materials 25 İyun 2016 12:33 (UTC +04:00)
Sel kənddəki körpünün bir hissəsini də sıradan çıxarıb.
Sel Qusara ciddi ziyan vurdu: 20-dən çox ev su altında (FOTO/VİDEO)

Bakı. Trend:

Şiddətli leysan yağışları Qusar rayonunun Kuzun kəndində ciddi fəsadlar törədib.

Trend-in RTV-yə (Region TV) istinadən verdiyi məlumata görə, Qusar fövqəladə hallar komissiyasının sədri Şahid Fərəməzov açıqlamasında bildirib ki, dağlardan gələn sel suları Şahdağın ətəklərində yerləşən Kuzun kəndində 20-dən çox evin içinə dolub.

Selin təsirindən bəzi evlərin divarları uçulub. Hadisə nəticəsində kənd sakinlərindən xəsarət alan yoxdur. Dağılmaq ehtimalı olan evlərin sakinləri təhlükəsiz əraziyə köçürülüb.

Cəmi 2 saat ərzində yağan leysan yağışları nəticəsində yaranan sel kənddəki körpünün bir hissəsini də sıradan çıxarıb. Sel kənddəki arıçılıq və heyvandarlıq təsərrüfatlarına da ciddi ziyan vurub. Sel arı yeşiklərini və mal-qaranı aparıb.

Hazırda yağış yağmasa da, dağlardan kəndə sel sularının axını davam edir. Müvafiq strukturların nümayəndələri selin fəsadlarının aradan qaldırılması və insanların xəsarət almaması üçün çalışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti