...

Tovuzda evə basqın: "Başıma vurdular, ağzımı bağladılar..." (FOTO/VİDEO)

Hadisə Materials 25 İyun 2016 15:30 (UTC +04:00)
Rəna Tağıyevaya hücum edərək müxtəlif xəsarətlər yetiriblər.
Tovuzda evə basqın: "Başıma vurdular, ağzımı bağladılar..." (FOTO/VİDEO)

Bakı. Trend:

Ötən gün günorta saatlarında Tovuzun Yuxarı Öysüzlü kəndində Mədət Tağıyevin evinə basqın olub.

Trend-in Region TV-yə istinadən məlumat verir ki, əllərində qovluq olan iki nəfər naməlum şəxs həyətə daxil olaraq ev sahibini görmək istədiklərini bildiriblər. Onun evdə olmadığını öyrəndikdən sonra həyat yoldaşı Rəna Tağıyevaya hücum edərək müxtəlif xəsarətlər yetiriblər. Daha sonra isə mənzilə daxil olub axtarış aparmağa başlayıblar. Evin əşyalarını dağıdıb, yataq dəstini bıçaqla kəsərək, qadının 16 yaşlı övladını aparacaqlarını deyiblər. Qadına hədə-qorxu gələnlər ondan həyat yoldaşını çağırmasını istəyiblər.

R.Tağıyeva isə ərinin xəstə olduğu üçün Bakıya getdiyini bildirib: “Başıma vurdular. Oğlumu aparmaq istədilər, dedilər ki, həyat yoldaşım gələndə arxasınca gəlib aparar”.

Zərərçəkənin qaynı Mübariz Tağıyev isə xanıma nalayiq sözlər işlədildiyini, hətta ağzını bağladıqlarını deyib: “Telefonu qulağına tutub deyiblər ki, həyat yoldaşına söylə ki, hadisə baş verib, tez evə gəl”.

Daha sonra basqınçılar evi tərk ediblər.

Tovuz rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti