...

Bakıda yaşayış binasında yanğın olub - 12 sakin təxliyyə olunub

Hadisə Materials 29 İyun 2016 13:07 (UTC +04:00)
Bakıda vətəndaşa məxsus mənzildə yanğın baş verib.
Bakıda yaşayış binasında yanğın olub - 12 sakin təxliyyə olunub

Bakı. Trend:

Bakıda vətəndaşa məxsus mənzildə yanğın baş verib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonunda ümumi sahəsi 160 kv.m olan 4 otaqlı mənzilin mətbəxində 6 kv.m sahədə döşəmə yanıb.

Yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti