...

Şəmkirdə spirtli içki can aldı

Hadisə Materials 30 İyun 2016 12:51 (UTC +04:00)
Şəmkirdə bir nəfər spirtli içkidən zəhərlənərək ölüb.
Şəmkirdə spirtli içki can aldı

Bakı. Trend:

Şəmkirdə bir nəfər spirtli içkidən zəhərlənərək ölüb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, xəstəxanaya zəhərlənmə diaqnozu ilə 55 yaşlı Şəmkir sakini Oktay Əmiraslanov gətirilib.

Məlum olub ki, o, spirtli içkidən zəhərlənib. Buna görə də yaxınları Oktayla bir yerdə yeyib-içən Elyar Əmiraslanovun da vəziyyəti ilə maraqlanıblar. Yaşadığı ünvanda 52 yaşlı kişinin meyiti aşkarlanıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti