...

DİN: 17 cinayət “isti izlər”lə açılıb

Hadisə Materials 7 İyul 2016 16:30 (UTC +04:00)
Daxili işlər orqanları tərəfindən ötən gün ərzində 56 cinayət faktı qeydə alınmış, onların da 17-si “isti izlər”lə açılıb.
DİN: 17 cinayət “isti izlər”lə açılıb

Bakı. Trend:

Daxili işlər orqanları tərəfindən ötən gün ərzində 56 cinayət faktı qeydə alınmış, onların da 17-si “isti izlər”lə açılıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 26 nəfər tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti