...

Xaçmazda çətənə kolları aşkar edilərək götürülüb

Hadisə Materials 7 İyul 2016 16:42 (UTC +04:00)
Xaçmaz rayonunun Maqsudkənd kənd sakini Şahkərəm Haqverdiyevə məxsus həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
Xaçmazda çətənə kolları aşkar edilərək götürülüb

Bakı. Trend:

Xaçmaz rayonunun Maqsudkənd kənd sakini Şahkərəm Haqverdiyevə məxsus həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maqsudkənd kənd sakini Ş.Haqverdiyevə məxsus həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilmiş 69 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Ş.Haqverdiyev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti