...

Şəmkirdə göldə gənc oğlan batıb

Hadisə Materials 8 İyul 2016 09:17 (UTC +04:00)
Şəmkir rayonunda göldə gənc oğlan batıb.
Şəmkirdə göldə gənc oğlan batıb

Bakı. Trend:

Şəmkir rayonunda göldə gənc oğlan batıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə, Şəmkir rayonu, Qasım İsmayılov kəndində 1 nəfərin göldə çimərkən batması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1997-ci il təvəllüdlü İsmayılov Mikayıl Eyvaz oğlunun cəsədi batdığı yerdən 7 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 08:25-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti