...

Bakıda gəlinlik paltarlarına ziyan vurduran sifarişçi qadın saxlanıldı

Hadisə Materials 8 İyul 2016 13:07 (UTC +04:00)
Bakıda gəlinlik paltarları mağazasında satılan paltarlara ziyan vuran şəxslər müəyyən edilib.
Bakıda gəlinlik paltarlarına ziyan vurduran sifarişçi qadın saxlanıldı

Bakı. Trend:

Bakıda gəlinlik paltarları mağazasında satılan paltarlara ziyan vuran şəxslər müəyyən edilib.

Trend-in Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə sifarişlə həyata keçirilib. Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da Bakı şəhər sakini S.Qurbanovaya məxsus gəlinlik paltarları satışı mağazasında yağ və benzinlə qarışmış məhlulu paltarların üzərinə tökərək əmlakı qəsdən məhv etmiş şəxsin paytaxt sakini Xalıq Həşimzadə olması müəyyən edilib. Hadisəni sifariş etmiş Bakı şəhər sakini Leyla Ağayeva tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti