...

Gəncədə 69 yaşlı qadın döyülüb

Hadisə Materials 13 İyul 2016 10:39 (UTC +04:00)
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə şəhər sakini 69 yaşlı Gülnaz Məmmədova döyülmə diaqnozu ilə gətirilib.
Gəncədə 69 yaşlı qadın döyülüb

Bakı. Trend:

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə şəhər sakini 69 yaşlı Gülnaz Məmmədova döyülmə diaqnozu ilə gətirilib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, dərhal yaralıya tibbi yardım göstərilib və palataya yerləşdirilib.

Həkim Mehman Hüseynovun sözlərinə görə, xəstənin üzərində sol gicgah nahiyəsində sifətin sol yarısında şişkinlik, dərin gematomalar aşkar olunub: “Xəstə hazırda şöbəmizdədir, kəllə beyni travması əlamətləri müşahidə olunur. Müayinə dövründədir, ümumi vəziyyəti stabildir, müalicələr aparılır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti