...

Şabranda 300 ha sahə belə yandı (FOTO/VİDEO)

Hadisə Materials 14 İyul 2016 18:24 (UTC +04:00)
Şabran rayonunda geniş ərazini əhatə edən yanğın hadisəsi baş verib.
Şabranda 300 ha sahə belə yandı (FOTO/VİDEO)

Bakı. Trend:

Şabran rayonunda geniş ərazini əhatə edən yanğın hadisəsi baş verib.

Trend RTV-yə (Region TV) istinadən xəbər verir ki, bu gün saat 11 radələrində Gəndov kəndi ərazisində biçilmiş taxıl zəmilərində başlayan yanğın 500 hektara yaxın sahəni əhatə edib.

Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yaxınlıqdakı üzüm plantasiyaları yanğından mühafizə olunub.

Havanın küləkli olması alovun qısa müddətdə daha geniş əraziyə yayılmasına səbəb olub.

Buna baxmayaraq, yanğın söndürülüb. Yanğın zamanı Gəndov kənd bələdiyyəsinə məxsus 40 hektar biçilmiş taxıl sahəsi və 260 hektar ərazidə quru kol-kos yanıb. Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yaxınlıqdakı fermalar və üzüm bağları yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti