...

Tovuzda həkim qəzaya düşdü (FOTO)

Hadisə Materials 15 İyul 2016 18:10 (UTC +04:00)
Günorta saatlarında Tovuzun Heydər Əliyev prospektində yol qəzası baş verib.
Tovuzda həkim qəzaya düşdü (FOTO)

Bakı. Trend:

Günorta saatlarında Tovuzun Heydər Əliyev prospektində yol qəzası baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, "VAZ 2107" markalı avtomobil Şinasi Vəliyevin sürücüsü olduğu maşınla toqquşub.

Zərbənin gücündən sürücü xəsarət alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin yardım göstərilib, xəsarətləri yüngül olduğundan Ş.Vəliyev evə buraxılıb.

Qeyd edək ki, xəsarət alan sürücü rayondakı xəstəxanalardan birində həkim kimi çalışır.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti