...

Dənizdə 3 nəfər boğulub: ikisinin meyiti tapılıb (YENİLƏNİB)

Hadisə Materials 20 İyul 2016 20:52 (UTC +04:00)
Dənizdə 3 nəfər boğulub.
Dənizdə 3 nəfər boğulub: ikisinin meyiti tapılıb (YENİLƏNİB)

(ilk xəbər saat 18:42-də yayılıb)

Bakı. Trend:

Bakı şəhəri, Xəzər rayonunda küləkli havada dənizdə çimərkən naməlum səbəbdən batmış digər vətəndaş 1995-ci il təvəllüdlü Bayramov Rza Rafiq oğlunun cəsədi saat 19:05-də Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 30 metr aralıdan tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Trend bu barədə Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir.

Axtarışlar davam etdirilir.

XXX

18:42

Dənizdə 3 nəfər boğulub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda 50 metr dənizin içərisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3 km aralı, nəzarətsiz ərazidə) 3 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 25-26 yaşında olan naməlum qadın meyiti tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər batanların axtarışları davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti