...

Tərtərdə inzibati binada yanğın olub

Hadisə Materials 21 İyul 2016 08:51 (UTC +04:00)
Tərtər rayonunda inzibati binada yanğın baş verib.
Tərtərdə inzibati binada yanğın olub

Bakı. Trend:

Tərtər rayonunda inzibati binada yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Tərtər rayonu, Qaraağacı kəndində inzibati binada ümumi sahəsi 300 m2 olan yemekxananın mətbəxinin yanar konstruksiyaları 15 m2 sahədə yanıb.

Yeməkxananın qalan hissəsi və digər tikililər yanğından mühafizə olunub.

Yanğın saat 23:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti