...

Abşeronda faciə - baba nəvəsini "QAZ-53"lə əzib (VİDEO/FOTO)

Hadisə Materials 21 İyul 2016 11:25 (UTC +04:00)
Abşeronda faciə yaşanıb, baba nəvəsini "QAZ-53"lə əzib.
Abşeronda faciə - baba nəvəsini "QAZ-53"lə əzib (VİDEO/FOTO)

Bakı. Trend:

Abşeronda faciə yaşanıb, baba nəvəsini "QAZ-53"lə əzib.

Trend Region TV-yə istinadən xəbər verir ki, baba ehtiyatsızlıqdan 3 yaşlı nəvəsini öldürüb.

Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 59 yaşlı Məhəmməd İsmayılov yaşadığı evin həyətində idarə etdiyi "QAZ-53" markalı yük avtomobili ilə ehtiyatsızlıqdan nəvəsi, 3 yaşlı Cəsur İsmayılovu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti