...

Avtomobil dərəyə aşdı – xəsarət alanlar var (FOTO/VİDEO)

Hadisə Materials 22 İyul 2016 16:14 (UTC +04:00)
Bakı istiqamətində hərəkətdə olan "VAZ 2106" markalı avtomobil "Gəncə qapıları"nın yaxınlığında yoldan çıxaraq dərəyə aşıb.
Avtomobil dərəyə aşdı – xəsarət alanlar var (FOTO/VİDEO)

Bakı. Trend:

Bakı istiqamətində hərəkətdə olan “VAZ 2106” markalı avtomobil “Gəncə qapıları”nın yaxınlığında yoldan çıxaraq dərəyə aşıb.

Trend Kəpəz TV-yə istinadən (Region TV) xəbər verir ki, nəticədə minik maşını tam yararsız hala düşüb.

Müxtəlif xəsarətlər alan sürücü - 23 yaşlı Goranboy rayon sakini Röyal Quliyev və sərnişini - 27 yaşlı Gəncə şəhər sakini Sevinc Məmmədova Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Sürücü travmatologiya, vəziyyəti daha ağır olan sərnişin isə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktın araşdırılmasına başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti