...

Şamaxıda göldə batan 3 nəfərin cəsədi tapılıb

Hadisə Materials 24 İyul 2016 20:48 (UTC +04:00)
Şamaxıda göldə batan 3 nəfərin cəsədi tapılıb
Şamaxıda göldə batan 3 nəfərin cəsədi tapılıb

Bakı. Trend:

Şamaxıda göldə batan 3 nəfərin cəsədi tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonunda, Şirvan gölündə 3 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşların axtarışlarına başlanılıb.

Şamaxı rayonunda, Şirvan gölündə batmış şəxsiyyəti məlum olmayan 3 nəfərin cəsədi Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyati üzrə təhvil verilib.

Əməliyyat saat 19:49-da başa çatıb.

Xəbər lenti

Xəbər lenti