...

Bakıda yağdəyişmə sexi yanıb

Hadisə Materials 28 İyul 2016 05:57 (UTC +04:00)
Bakı şəhərində, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan yağdəyişmə sexinin içərisində yağ qalıqları yanıb
Bakıda yağdəyişmə sexi yanıb

Bakı. Trend:

Bakı şəhərində, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan yağdəyişmə sexinin içərisində yağ qalıqları yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yüksək temperaturdan sexin qarşısında dayanmış vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin ön hissəsi qismən əridi. Sex və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti