...

Taksi sürücüsünün vurduğu piyada xəstəxanada öldü (FOTO/VİDEO)

Hadisə Materials 28 İyul 2016 18:27 (UTC +04:00)
Göyçay rayonunda avtomobilin vurduğu 23 yaşlı oğlan gecə saatlarında Göyçay Mərkəzi Rayon Xəstəxanasında ölüb.
Taksi sürücüsünün vurduğu piyada xəstəxanada öldü (FOTO/VİDEO)

Bakı. Trend:

Göyçay rayonunda avtomobilin vurduğu 23 yaşlı oğlan gecə saatlarında Göyçay Mərkəzi Rayon Xəstəxanasında ölüb.

Trend EL TV-yə (Region TV) istinadən xəbər verir ki, onun müalicəsi üçün Bakıdan həkim dəvət edilsə də, gəncin həyatını xias etmək mümkün olmayıb.

Göyçayda avtomobil piyadanı vurub

Göyçayda avtomobil piyadanı vurub

Xatırladaq ki, ötən gün Göyçay şəhərində rayonun Mallı-Şıxlı kənd sakini Elsevər Xəlilov “VAZ 2109” markalı minik avtomobili ilə yolu keçən piyada, Ərəbşahverdi kənd sakini, 1993-cü il təvəllüdlü Sənan Xanəhməd oğlu Ağarəhimovu vurub. Hadisəni törədən taksi sürücüsü E.Xəlilov saxlanılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti